Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, taksi fəaliyyəti göstərən avtomobil hərəkətdə olarkən digər nəqliyyat vasitəsilə toqquşub.
Hadisə zamanı taksidə olan sərnişin, 1982-ci il təvəllüdlü Qafarova Aynurə Paşa qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB