Məktəbli qızın qətlinə görə 4 polis həbs edilib

Məktəbli qızın qətlinə görə 4 polis həbs edilib

15 yaşlı məktəbli Natalya Matyuxinanın qətli ilə bağlı Novosibirsk vilayətində indiki və keçmiş dörd polis əməkdaşı saxlanılaraq həbs ediliblər.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə 2010-cu ildə törədilib.

Belə ki, 2010-cu ilin yazında vilayətin qərbindəki Ust-Tarski rayonunda 15 yaşlı Natalya Matyuxinanı iki sərxoş polis Maksim Kudryavtsev və Yevgeni Bartolomey avtomobillə vurublar.

Cinayəti törədən vaxt daxili işlər şöbəsində işləyən təqsirləndirilən şəxslər yeniyetməni hadisə yerindən apararaq qəzanı gizlətmək üçün öldürüblər. Sonradan meyit gizlədilib, yeniyetmə isə itkin düşmüş hesab edilib.

Bir müddət sonra hər iki polis xidməti tərk ediblər. Bundan əvvəl isə guya onlar həmkarlarına hadisə barədə məlumat veriblər. Onlardan biri Aleksandr Kunz ittihamlara görə cinayəti ört-basdır etməkdə həmkarlarına kömək edib. İndi o, polis mayorudur, avqustun əvvəlində həbs olunan zaman Ust-Tark polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin rəisi olub.

Beləliklə, Kudryavtsev Cinayət Məcəlləsinin yol hərəkəti qaydalarını pozma, insana ağır bədən xəsarəti yetirmə, adam oğurluğu və adam öldürmə maddələri ilə ittiham olunur. Bartolomey qətldə və adam oğurluğunda, Kunz isə qətldə ittiham olunur. Onları ömürlük həbs gözləyir.

...Avqustun 10-da Ust-Tarka kəndində xüsusi təyinatlılar rayon şöbəsinin cinayət axtarış şöbəsinin rəisi, mayor Aleksey Borodini saxlayıblar. Onun işdəki vəziyyəti barədə məlumat verilmir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə