Rusiyalı ovçu səhvən ayı əvəzinə ovçu yoldaşını güllələyib

...Bu "ovçu" isə ördəyə atdığı güllə ilə 15 yaşlı uşağı yaralayıb
Rusiyalı ovçu səhvən ayı əvəzinə ovçu yoldaşını güllələyib

Xantı-Mansiysk Muxtar Dairəsində ovçu olmaq istəyən şəxs səhvən 15 yaşlı uşağı güllələyib. Xəsarət alan tələbə xəstəxanaya aparılıb. Rayon Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, atəş açan şəxs barəsində sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hər şey Şimali Sosva çayında, Kimkyasui kəndi yaxınlığında baş verib. Ov zamanı sahil yaxınlığında qazların üzdüyünü görüb və ov tüfəngindən atəş açan yerli sakin quşları deyil, 15 yaşlı yeniyetməni vurub.

Faktla bağlı rayon prokurorluğunda yoxlamalara başlanılıb.

Yoxlama zamanı yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının qarşısının alınması, yay tətilinin təşkili sahəsində qanunvericiliyin icrası da qiymətləndiriləcək.

Qeyd edək ki, bir müddət bundan əvvəl Maqadan vilayətində ovçu ayı ilə səhv salaraq ovçu yoldaşını güllələmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə