Dəmiryolu stansiyalarının ərazilərindən transformator oğurlanıb

Dəmiryolu stansiyalarının ərazilərindən transformator oğurlanıb

Bakı və Abşeronda dəmiryolu stansiyalarının ərazilərindən transformator oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan və Abşeron dəmiryolu stansiyalarının ərazisindən 4 ədəd drossel-transformatoru oğurlamaqda şübhəli bilinən paytaxt sakini Anar Əsgərov saxlanılıb.

Araşdırmalarla onun Biləcəri dəmiryolu stansiyasının ərazisindən 2 ədəd drossel-transformatorunu oğurlamağa cəhd göstərməsi də müəyyən olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə