“Baboş” həbs edildi

“Tik Tok”da “Baboş” ləqəbi ilə tanınan Babək Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb. SİA-nın əldə etdiyi xəbərə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə B.Cabbarov 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com