Saatlı rayonunda zəlzələ qeydə alınıb

Saatlı rayonunda zəlzələ qeydə alınıb

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:38-də Saatlı rayonunda zəlzələ qeydə alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 4 olan zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Saatlı və Beyləqanda hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə