Şirvan sakinini qatar vurub

Şirvanda 27 yaşlı gənci qatar vurub.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Şirvan şəhərinin mərkəzindən keçən dəmir yolunda qeydə alınlb.

Eşitmə qüsurlu Şirvan sakini, 1996-cı il təvəllüdlü Arifli Asəf Adışirin oğlunu qatar vurub. 27 yaşlı gənc ağır müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə