Beyləqanda ev yanıb - xəsarət alan var

Beyləqanda ev yanıb - xəsarət alan var

Beyləqanda ev yanıb, xəsarət alan var. Bu barədə SİA-ya FHN-dən bildirilib.

Belə ki, rayonun Bahar qəsəbəsində ümumi sahəsi 56 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə