Sumqayıtda arvad ərini öldürüb

Sumqayıt şəhərinin Corat Qəsəbəsində arvad ərini öldürüb. Sumqayıt Şəhər Prokurorluğundan SİA-ya verilən məlumata görə, araşdırmalarla 34 yaşlı Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.Məmmədova hadisədən sonra könüllü təslim olub.

İbtidai istintaq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə