Bakının Xəzər rayonununda dənizdə boğulma hadisəsi baş verib. SİA-nın məlumatına görə, Zuğulba çimərliyində 1986-cı il təvəllüdlü Məmmədov Teymur Asif oğlunun dənizdə batması ilə bağlı FHN-nin xilasetmə qrupuna məlumat verilib.
Təqribən 2 saata yaxın aparılan axtarışlar nəticəsində suda huşsuz vəziyyətdə olan T.Məmmədov xilas edilərək, 10 saylı təcili tibbi yardım briqadasına təhvil verilib.
Təcili yardım briqadasının səyi nəticəsində boğulan şəxsin həyatını xilas edilib, daha sonra o xəstəxanaya çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə