Gəncədə maşın piyadanı vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev pospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə