Kürdəmirdə ağır yol qəzası baş verib - ölən və xəsarət alanlar var
Kürdəmir rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
"KİA" markalı avtomobilin "KamAZ"a çırpılması nəticəsində 3 nəfər ağır xəsarət alıb, 1 nəfər isə ölüb.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Meyit isə aidiyyəti üzrə təhvil verilib.
Hazırda fakt araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB