İsmayıllı-Muğanlı yolunda avtobus qəzaya uğrayıb - YENİLƏNİB-FOTOLAR
Bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub. Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB