Külli miqdarda narkotik aşkar olunub

Külli miqdarda narkotik aşkar olunub

Bakıda əvvəllər məhkum olunmuş şəxsdən külli miqdarda narkotik aşkar olunub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan İbadovdan 1 kiloqram 26 qrama yaxın heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə