Ölkə ərazisində qeydə alınan 119 cinayətin üstü açılıb - DİN

Ölkə ərazisində qeydə alınan 119 cinayətin üstü açılıb - DİN

Avqustun 7-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 56 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarılan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı iki fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə