Azad edilmiş ərazilərdə daha 194 piyada əleyhinə mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 194 piyada əleyhinə mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) iyulun 31-dən avqustun 6-dək işğaldan azad edilmiş torpaqlarda 363,02 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib. SİA xəbər verir ki, bu barədə ANAMA tərəfindən icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.

Məlumata əsasən, Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 194 piyada əleyhinə, 30 tank əleyhinə mina və 97 partlamamış hərbi sursat aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə