Sumqayıtda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosu xəbər verir ki, hadisə Çerkassi küçəsində qeydə alınıb.
"Nissan Tiida" və "VAZ 21 015" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində "VAZ"ın sürücüsü Gülmirzə Mikayılov və həyat yoldaşı Təranə Mikayılova xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB