Goranboyda avtomobil aşıb - ölən var

Goranboyda avtomobil aşıb - ölən var

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə rayonun Veyisli kəndi ərazisində qeydə alınıb. Belə ki, Babək Hüseynovun idarə etdiyi VAZ markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Seymur Verdiyev aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə