Hamilə qadını avtomobil vurub, bətnindəki uşaq ölüb

Hamilə qadını avtomobil vurub, bətnindəki uşaq ölüb

Bakının Xətai rayonunda ağır yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Güllü Mehdiyeva yolu keçərkən onu “Toyota Prius” markalı maşın vurub. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Əməliyyat zamanı qadının bətnindəki uşağın öldüyü aşkarlanıb.

G.Mehdiyevanın vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə