Biləsuvarda iki nəqliyyat vasitəsi toqquşub.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.
"VAZ-2107" markalı minik avtomobili "VAZ-2105" markalı minik avtomobili ilə toqquşub. Toqquşma nəticəsində "VAZ 2105" in sürücüsü Mirzə Adışlı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB