Salyan rayonunun Xalac kəndində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib.
SİA APA-ya istinadən xəbər verir ki, 5 saylı cəzaçəkmə müəssisəsində əsgər 2004-cü il təvəllüdlü Şamxalov Ülvü İlyas oğlu xidməti silahdan açılan atəşdən güllə yarası alıb. Yaralı əsgər Salyan rayon xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.
Hadisənin özünəqəsd və ya ehtiyatsızlıqdan baş verməsi müəyyənləşdirilir.
Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB