Metroda saxlanılan şəxsdən heroin və metamfetamin aşkar olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə borclu qismində axtarışda olan Sumqayıt şəhər sakini Nəsrəddin Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB