Cəlilabad sakinini ildırım vurub

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Alar kəndində baş verib. Belə ki, 1976-ci il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlu əkin sahəsində təsərrüfatla məşğul olarkən onu ildırım vurub. O, koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə