Xətaidə açıq ərazidə yanğın baş verib

Xətaidə açıq ərazidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xətai rayonunun Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə