Zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb - DİN
Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb. DİN-in Mətbuat xidmətindən SİA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar: "Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib. Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. Hazırda təhqiqat araşdırmaları davam etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB