Barselona hava limanında rus ailəsindən oğurluq olub...

Barselona hava limanında rus ailəsindən oğurluq olub...

Barselona hava limanında ruslar bir neçə milyon avro dəyərində pul və zinət əşyalarını itiriblər. Hər şey ötən çərşənbə, avqustun 2-də baş verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, oğrular Rusiya Federasiyasından qeydiyyat üçün növbədə olan ailəni qarət ediblər.

Qeyd edək ki, oğrular səssizcə qeydiyyat masasında növbəyə duran ruslara yaxınlaşaraq onların çamadan və bahalı əl çantasını götürüblər.

Maraqlıdır ki, zərərçəkən ruslar polisə onlardan 8,5 milyondan çox avro, qızıl-zinət əşyaları, o cümlədən 4 milyon avro dəyərində üzük oğurlandığını bildiriblər.

O da maraqlıdır ki, ispaniya polisi cinayətkarların qaçdığı maşını tapa bilib. Avtomobildə olan iki nəfər saxlanılıb. Oğurlanan qiymətli əşyalar ruslara qaytarılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə