Şabranda yol qəzası olub - 3 nəfər yaralanıb

Şabranda yol qəzası olub - 3 nəfər yaralanıb

Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. SİA-nın Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Xəsarət alan Ramiz Şahbazov, Xədicə Şahbazova və Xalidə Rəcəbova xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə