Avtomobil qatarla toqquşub - ölən və yaralanan var

Avtomobil qatarla toqquşub - ölən və yaralanan var

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb. Belə ki, Rəfiyev Şəmistan Zəkəriyya oğlu taksi kimi fəliyyət göstərdiyi avtomobillə nizamlanan dəmiryol keçidindən keçərkən teplavozla toqquşub. Nəticədə sürücü ağır xəsarət alıb.

Avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Əşrəfova Aytəkin Sahib qızı qəza nəticəsində aldığı xəsarətlərdən ölüb.

Hazırda fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə