Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb. SİA-nın Mil-Muğan bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobil yolu keçən Sabirabad rayonunun Qalağayın kənd sakini, 1965-ci il təvəllüdlü Nağıyev Cəbrayıl Nəzər oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə