Almatı-Tbilisi reysi ilə uçan təyyarə tufana görə Bakıya eniş edib
"Air Astana” aviaşirkətinin Almatı-Tbilisi reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü tufan səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.
SİA-nın əldə etdiyi məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib ki, “Airbus A321” təyyarəsi yerli vaxtla saat 21:20-də Bakı Hava Limanına eniş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB