İki avtomobil toqquşdu və yanğın oldu

İki avtomobil toqquşdu və yanğın oldu

Abşeron rayonunda iki avtomobil toqquşub, yanğın olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Novxanı kəndində “Mercedes” və “Kia” markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdan keçən qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə