Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda 78 yaşlı qadını avtomobil vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

1995-ci il təvəllüdlü Ələkbərov Rəfael Rafət oğlunun idarə etdiyi "BMW" markalı avtomobil yolu keçən piyada 1945-ci il təvəllüdlü Penkova Lidiya Aleksandrovanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə