Parisin mərkəzində oğurluq...

Parisdə üç quldur qısa lüləli silahlarla şəhərin mərkəzindəki Piaget butikindən 10-15 milyon avro dəyərində zinət əşyaları oğurlayaraq qaçıblar.

SİA xəbər verir ki, “Le Figaro” oğurluq zamanı ölüm halının olmadığını bildirib.

Polis mənbələrinə görə, avqustun 1-də günorta saatlarında iki kişi və bir qadın Rue de la Paix küçəsindəki Piaget mağazasına daxil olublar. İşçiləri silahla hədələyərək, onları bir neçə pəncərəni açmağa məcbur ediblər və içindəkiləri götürüblər və bundan sonra aradan çıxıblar.

Nəşrin həmsöhbətləri etiraf edirlər ki, cinayətkarlar əslən Cənubi Amerikadan olublar.

Qeyd edək ki, soyğunçular nə butikə, nə də mağaza işçilərinə xəsarət yetirməyiblər.

Paris prokurorluğu mağazanın qarət edildiyini təsdiqləyib. Silahlı soyğunçuluq və azadlığın qanunsuz məhdudlaşdırılması faktı ilə bağlı cinayət işi açılıb.

Yeri gəlmişkən, Piaget İsveçrə lüks saat və zərgərlik istehsalçısıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə