Alma-Atada 16 mərtəbəli binada baş verən yanğın zamanı bir neçə nəfər pəncərədən atılıb.
SİA-nın əldə etdiyi məlumata görə, müvafiq videonu RİA Novosti yayıb.
Qeyd edək ki, yanğın saat 17:10-da (Moskva vaxtı ilə 14:10) başlayıb, bir saat yarımdan sonra söndürülüb. Əvvəlcə mənzil alovlansa da, daha sonra alov liftin şaxtasındakı kabellərə keçib.
300-ə yaxın insan pilləkənlərdən istifadə edərək təxliyə edilib. Daha 40-a yaxın insan isə nərdivanla aşağı endirilib. Amma evin bəzi sakinləri tüstüdən pəncərədən atılmalı olublar.
Yanğın zamanı ölənlər barədə məlumat yoxdur.
Rusların yazdığına görə, bundan əvvəl Moskva yaxınlığındakı Lyubertsıda Fövqəladə Hallar Nazirliyi üç anqarı əhatə edən güclü yanğını lokallaşdıra bilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB