"Xocəsən" stansiyasında texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb

"Xocəsən" stansiyasında texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb

Bənövşəyi xəttin "Xocəsən" stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb. "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nəticədə qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb.

Lakin Bənövşəyi xəttin "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.

Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə