Üç gün liftdə qalan poçtalyonun meyiti tapılıb

Üç gün liftdə qalan poçtalyonun meyiti tapılıb

Özbəkistanın paytaxtında yeni tikilidə gənc qadının meyiti tapılıb. SİA-nın əldə etdiyi məlumata görə, 32 yaşlı yerli sakin 3 gün xarab olmuş liftdə oturaraq yardım gözləyib.

Respublika prokurorluğunun məlumatına görə, faciə Daşkəndin Parkent küçəsindəki binada baş verib. Müşahidə kameralarının görüntüləri sayəsində iyulun 24-də poçtalyon işləyən qadının liftə daxil olduğunu müəyyən etmək mümkün olub.

İyulun 26-da qohumları onu axtarışa veriblər.

Bundan sonra axtarışa verilən qadının meyiti tapılıb.

Ekspertlərin fikrincə, o, kəskin ürək-damar və tənəffüs çatışmazlığı nəticəsində dünyasını dəyişib.

Amma maraqlıdır ki, bu üç gündə qadının fəryadını heç kim eşitməyib?

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə