Müşviqabad ərazisində qanunsuz torpaq daşınması müəyyən edilib

Müşviqabad ərazisində qanunsuz torpaq daşınması müəyyən edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qaradağ rayonunun Müşviqabad qəsəbəsi ərazisində "KAMAZ" markalı 99-HL-204 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə qanunsuz torpaq daşındığı müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub. Nəqliyyat vasitəsinin sürücüsünün kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə