Şahbuz şəhərində baş verən yanğın söndürülüb.
SİA APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz şəhərində həyatyanı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB