21 yaşlı oğlanın qətli ilə bağlı faktı üzrə cinayət işi başlanıb

21 yaşlı oğlanın qətli ilə bağlı faktı üzrə cinayət işi başlanıb

İyulun 26-da, saat 12 radələrində paytaxtın Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən restoranların birində işləyən 2002-ci il təvəllüdlü Azər Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan SİA-ya verilən xəbərə görə, ilkin araşdırma zamanı 2002-ci təvəllüdlü Rüfət Əkbərlinin iş yoldaşı Azər Ömərovu itələyərək yıxması, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə