Yuxarı Qarabağ kanalında batan oğlanın meyiti tapılıb

Yuxarı Qarabağ kanalında batan oğlanın meyiti tapılıb

Bərdədə Yuxarı Qarabağ kanalında batan 20 yaşlı oğlanın meyiti tapılıb.

SİA xəbər verir ki, ötən gün gecə saatlarında 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, iyulun 24-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu kanalda batması ehtimal edilən 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun axtarışlarına başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə