Dörd yaşlı uşaq axtarılır...

...Tuvada Fövqəladə Hallar Nazirliyinin əməkdaşları itkin düşən dörd yaşlı uşağı axtarırlar. İdarənin mətbuat xidmətindən verilən məlumata görə, körpə çöldə oynamaq üçün evdən çıxıb və geri qayıtmayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə Dzun-Xemçik rayonunun Xəyrəkan kəndində baş verib. Hazırda 20 xilasedici, eləcə də pilotsuz təyyarələr üzrə mütəxəssislər hadisə yerinə yola düşüblər.

Respublika İstintaq Komitəsi hadisəni yoxlayır.

Qeyd edək ki, ifadə verən uşağın valideynləri polisə bir gün əvvəl saat 23 radələrində üz tutublar.

Müəyyən edilib ki, uşaq axşam saat yeddi radələrində həmin vaxt ev işləri ilə məşğul olan qohumunun nəzarəti altında həyətdə olarkən yoxa çıxıb.

Deyilənlərə görə, əvvəlcə ailə bir neçə saat təkbaşına axtarış aparıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə