Goranboyda qəza olub - 5 nəfər xəsarət alıb

Goranboyda qəza olub - 5 nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21015 markalı minik maşını qoşqulu "Kamaz"la toqquşub. Qəzadan sonra VAZ yoldan çıxaraq aşıb.Nəticədə minik maşınında olan bir ailənin 5 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirlib.

Bütün xəbərlər Facebook səhifəmizdə