İsmayıllıda 2 ev və mağaza yanıb

İsmayıllıda 2 ev və mağaza yanıb

Fövqəladə Hallar Nazirliyi İsmayıllıda baş verən yanğın barədə məlumat yayıb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, İsmayıllı şəhərində ümumi sahəsi 200 m² olan birmərtəbəli dördotaqlı evin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə, yaxınlıqda ümumi sahəsi 200 m² olan birmərtəbəli dördotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə, bitişik ümumi sahəsi 30 m² olan tikilinin (təsərrüfat mallarının satışı mağazası kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və bitişik ümumi sahəsi 80 m² olan tikilinin yanar konstruksiyaları yanıb. Evlərin qalan hissəsi və digər bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə