Təbii və texnogen mənşəli hadisələr nəticəsində 33 nəfər həlak olub
2023-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 7024 təbii və texnogen mənşəli hadisə baş verib.
SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu da 2022-ci ilin I yarımilliyi ilə müqayisədə 747 hadisə və ya 10% azdır.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 33 nəfər həlak olub, 138 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 17 nəfər xilas edilib, 2203 nəfər təxliyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB