Paytaxtın Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə baş verən yanğın həyata keçirilmiş operativ tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq, qısa müddətdə tam nəzarətə götürülüb, ətraf ərazilər üçün hər hansı təhlükə yoxdur.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
22:17
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB