Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.
Belə ki, yürüstü piyada keçidinin altından keçən 30-35 yaşlı qadını Bayramov Anar Fəhiyar oğlunun idarə etdiyi 10-UT-528 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Sürücü məsuliyyətə cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB