Siyəzəndə dənizdə batan yeniyetmələrin kimliyi müəyyənləşdi

Siyəzəndə dənizdə batan yeniyetmələrin kimliyi müəyyənləşdi

Siyəzəndə dənizdə boğulan 3 nəfər yeniyetmənin kimliyi müəyyənləşib.

SİA-nın əldə etdiyi məlumata görə, iyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında dənizdə boğulanlar axtarışları davam etdirilir. Dənizdə boğulanlar Zarat kənd sakinləri 17 yaşlı Manafov Mehdi Elgün oğlu, 18 yaşlı Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini 18 yaşlı Əhmədov Nemət Əbdül oğludur.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə