Zərdabda ikimərtəbəli binada yanğın olub

Zərdabda ikimərtəbəli binada yanğın olub

Zərdab şəhərində ümumi sahəsi 440 m² (hər mərtəbəsi 220 m²) olan taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 360 m² sahədə və dam örtüyü 220 m² sahədə yanıb.

SİA-nın Fövqəladə Hallar Nazirliyindən əldə etdiyi məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə