Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Cəlilabadda mikroavtobus qəzaya düşüb, yaralılar var.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərinin çıxışında qeydə alınıb.

Belə ki, qəza zamanı "Ford" markalı sərnişin mikroavtobusu ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar rayon xəstəxanasına aparılıb.

Məlumata görə, mikroavtobusda olan şəxslər ziyarətgaha gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə