Tanınmış aparıcı Natəvan Babayeva uzunsürən xəstəlikdən sonra iyulun 20-si vəfat edib. SİA xəbər verir ki, Natəvan Babayeva dəfn edilib. O, Salyan rayonunun Parça Xalac kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Natəvan Babayeva uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun bir neçə gün öncə müalicə üçün Türkiyəyə getmək istəyərkən hava limanında halı pisləşmiş, bu səbəbdən xəstəxanaya yerləşdirilmişdi.
Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB